Xəzər Xəbər

Hadisə ilə sevgilisi ölümdən döndü: Dəhşətli qəzadan sağ çıxdılar

Şou Biznes | 12:45 • 30 Noyabr 2021
Hadisə ilə sevgilisi ölümdən döndü: Dəhşətli qəzadan sağ çıxdılar

Məşhur müğənni Hadisə ilə sevgilisi Mehmet Dinçerler İzmirdə qəza keçirib.
 
Çeşmə tətilindən geri dönərkən cütlüyün şəxsi avtomobillərinin ön təkəri partlayıb, nəticədə qorxulu anlar yaşanıb. Belə ki, avtomobil yoldan çıxaraq sağa-sola çırpılıb, lakin iş adamı onu dayandıra bilib. Həyəcandan ürəyi gedən Hadisənin bir müddət sonra özünə gəldiyi bildirilib. 

Olay yerinə gələn polislərin isə "Bu avtomobildən necə sağ çıxdınız? Allah qoruyub”, deyə qeyd etdikləri məlum olub. Məlumata görə, cütlük başqa avtomobillə İstanbula qayıdıb./Sfera.az 

Xəbər lenti