Xəzər Xəbər

Məşhur aktrisa itkin düşüb - Axırıncı dəfə 8 gün əvvəl...

Şou Biznes | 15:11 • 13 Sentyabr 2021
Məşhur aktrisa itkin düşüb - Axırıncı dəfə 8 gün əvvəl...

"Doktor Who” serialının aktrisası Tanya Fir itkin düşüb.
 
Bu barədə ailəsi və yaxınları polisə məlumat veriblər. Aktrisanın meneceri Aleks Kol xəbəri mətbuata təsdiqləyib. O, Tanya ilə axırıncı dəfə 8 gün əvvəl işlə bağlı danışdığını deyib. "Son bir neçə aydır, "stand up” çıxışları üçün hazırlaşırdı. İşləri yaxşı gedirdi. Tanyanın itməsi məni də şoka saldı”, -deyə menecer əlavə edib.

Aktrisanın dostları isə sosial şəbəkələrdə #FindTanyaFear adlı həştəq açaraq onun axtarışına başlayıblar. Məlumata görə, Tanya ilə son əlaqə 9 sentyabr tarixində olub.

Xatırladaq ki, Tanya Fir "Doctor Who” adlı serialda "Dr: Jade McIntyre” obrazı ilə məşhurlaşıb. Bundan başqa o, "A Moving Image” və  "Kick Ass 2 de Fear” kimi seriallarda da rol alıb./Sfera.az

Xəbər lenti