Bakı 27 ℃
Xəzər Xəbər
USD 1.7

Acundan Şeyma etirafı: misirli sevgili tapan kimi...

Şou Biznes | 15:15 • 20 İyul 2021
Acundan Şeyma etirafı: misirli sevgili tapan kimi...

Türkiyəli taınmış aparıcı, “Acun Medya”nın sahibi Acun Ilıcalı boşandığı həyat yoldaşı, sosial media fenomeni Şeyma Subaşı ilə bağlı bəzi açıqlamalar verib.

A.Ilıcalı ayrıldıqdan sonra Ş.Subaşıya İspaniyadan ev alması ilə bağlı iddialardan söz açıb:

“Necə ki, dostlarımı dəstəkləyirəm, eyni formada uşaqlarımın analarını da dəstəkləyirəm. İbizadan ev almaq və s. bu detallara toxunmağa gərək yoxdur. Bizim aramızda “bu qədər pul köçdü, bu qədər köçmədi” kimi bir vəziyyət yoxdur. Şeymanı ehtiyacı olan hər zaman dəstəkləməyə hazıram”.

A.Ilıcalı keçmiş həyat yoldaşının misirli Meedo Alsolussi ilə sevgili olduqdan sonra ondan aliment almadığını deyib:

“Şeyma maddi vəziyyəti yaxşı olduğu ilk gün haqqı olmasına baxmayaraq aliment almağı dayandırdı. Yəni münasibəti başladı və mənə “indi pula ehtiyacım yoxdur” dedi. Onsuz da onun “Acundan bu qədər pul alım" düşüncəsi, planı heç vaxt olmayıb”.

Xatırladaq ki, A.Ilıcalı boşandıqdan sonra Ş.Subaşıya külli miqdarda təzminat ödəməsi ilə gündəmdən düşmürdü./Ölkə.az

Xəbər lenti

Çox oxunanlar