Xəzər Xəbər

Hadisə təzminat davasını qazandı

Şou Biznes | 15:18 • 29 May 2021
Hadisə təzminat davasını qazandı

Türkiyəli müğənni Hadisənin aparıcılar Seren Serengil ilə Cengiz Semercioğluna açdığı təzminat davasının məhkəmə prosesi sona çatıb.

XəzərXəbər axşam.az-a istinadən xəbər verir ki, hakim aparıcıların Hadisə Açıqgözə 8 min TL (təxminən 1 607 manat) mənəvi təzminat ödəmələri haqda qərar qəbul edib. 

Qeyd edək ki, 2018-ci ildə Hadisənin Bodrumda işlətdiyi çimərliyinə 1 milyon 900 min TL borcu olduğu iddia edilmişdi. Seren Serengil ilə Cengiz Semercioğlu da bu xəbəri öz verilişlərində müzakirə etmiş və rəylər bildirmişdilər.

Xəbər lenti