Xəzər Xəbər

Aktyor mutasiyaya uğrayan virusa yoluxub

Toyqun Ateşin səhhəti təhlükəli hal almağa başlayıb.
Şou Biznes | 12:33 • 17 Fevral 2021
Aktyor mutasiyaya uğrayan virusa yoluxub

Bir müddət əvvəl virusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilən aktyor Toyqun Ateşin səhhəti təhlükəli hal almağa başlayıb.

Türk mətbuatı xəbər verir ki, film çəkilişi zamanı Malatyada Covid-19 olan Toyqunun mutasiyaya uğrayan virusa yoluxduğu bildirilib.

Verilən son məlumatlara əsasən sənətçinin vəziyyəti günbəgün pisləşir. Ateşin həyat yoldaşı Viktoria Kırgız onun səhhəti ilə bağlı açıqlama verib:

"Analizlər nəticəsində mutasiyaya uğrayan koronovirus aşkar edildi. Böyrəkləri artıq sıradan çıxıb. Buna görə də süni tənəffüs aparatına qoşulub"./Axşam.az

Xəbər lenti