Xəzər Xəbər

Keçmiş sevgilisi Cem Yılmazın yalanını İFŞA ETDİ: “Yaraşdırmamışdım, bilmirdim ki...”

Şou Biznes | 12:56 • 12 Fevral 2020
Keçmiş sevgilisi Cem Yılmazın yalanını İFŞA ETDİ:

Tanınmış komediya ustası Cem Yılmazın eks-sevgilisi Defne Samyeli xəyanətə uğramasından danışıb.

Türkiyə mətbuatı xəbər verir ki, Defne Samyeli dünən restorandan çıxarkən görüntülənib. Aktrisa jurnalistlərin Cem Yılmazla Serenay Sarıkayanın sevgili olması haqqında verdiyi suallara cavab verib. O, bildirib ki, xəyanətə uğramasını Cemə yaraşdırmadığı üçün əvvəlcə bu xəbərlərə inanmaq istəməyib.

"Üzrlü sayın, bilmirdim, ehtimal etməzdim. Yaraşdırmamışdım. Sən demə, işini peşəkarcasına yerinə yetirən jurnalistlər yazıb o xəbəri".

Xatırladaq ki, Defne ilə Cem bir ilə yaxın sevgili olub. Daha sonra Serenay Sarıkayaya aşiq olan Cem Defnedən ayrılaraq gənc ulduzla görüşməyə başlayıb.

Qeyd edək ki, Cemlə Serenay arasında 18 yaş fərq var./publika.az

Xəbər lenti