Xəzər Xəbər

Yunanıstanın “Eurovision” təmsilçisi məlum olub

Şou Biznes | 14:29 • 5 Fevral 2020
Yunanıstanın “Eurovision” təmsilçisi məlum olub

Bu il Niderlandın Rotterdam şəhərində keçiriləcək "Eurovision” mahnı müsabiqəsində Yunanıstanı 18 yaşlı Stefania Lyuberakakis təmsil edəcək. AZƏRTAC xəbər verir ki, bu barədə Yunanıstanın milli televiziya kanalı – ERT məlumat verib.


O, "Superg!rl” mahnısını ifa edəcək. S. Lyuberakakis 2002-ci ildə Niderlandın Utrext şəhərində doğulub və artıq necə ildir ki, Stefania adı altında çıxış edir. İfaçının artıq iki mahnısı - "Stupid reasons” və "Turn Around” ona məşhurluq gətirib.

Xəbər lenti