Xəzər Xəbər

Sibel Can sabah Bakıya gəlir

Şou Biznes | 12:47 • 6 Mart 2019
Sibel Can sabah Bakıya gəlir

Türkiyənin məşhur ulduzu Sibel Can sabah Bakıya gələcək.

"Liatris Holding”in təşəbbüsü, "Liatris Production”ın təşkilatçılığı ilə ərsəyə gələcək konsert martın 8-i Beynəlxalq Qadınlar günü baş tutacaq.

Sənətçi solo konsertindən əvvəl Bakının tarixi yerləri ilə tanış olacaq. Müğənni bir gün sonra isə Bakı Konqres Mərkəzinin səhnəsinə çıxacaq, canlı ifası ilə öz pərəstişkarlarına unudulmaz bir gecə yaşadacaq.

Bu məqamda bildirək ki, sözügedən gecəyə biletlər məhdud sayda qalıb. Belə ki, Azərbaycanın məşhur onlayn bilet satışını həyata keçirən "iTicket.az”da bunu görmək mümkündür. Portal ən çox konsertinə bilet satılan məşhur kimi Sibelin adını qeyd edib.(qafqazinfo.az)

Xəbər lenti

Çox oxunanlar