Xəzər Xəbər

Arnold Şvartseneggerin qızı evlənir

Şou Biznes | 15:22 • 14 Yanvar 2019
Arnold Şvartseneggerin qızı evlənir

"Sevimli Ketrin, mənə razılıqla cavab verdiyinə görə, çox xoşbəxtəm".

Hollivudun məşhur aktyoru Arnold Şvartseneggerin 29 yaşlı qızı Ketrin 39 yaşlı aktyor Kriz Prettlə evlənməyə razılıq verib.

Cütlüyün sevgi romanı ötən yay məlum olub.

Prett ötən gün sevgilisinə evlənmə təklifi edib. Aktyor İnstagram hesabında nişanlısı ilə foto da paylaşıb:

"Sevimli Ketrin, mənə razılıqla cavab verdiyinə görə, çox xoşbəxtəm. Mən səninlə evlənəcəyim üçün çox həyəcanlıyam” – şərhində belə yazıb.

Fotoda, həmçinin Ketrinin nişan üzüyünü də görmək mümkündür.

Ketrin ilk dəfə ailə həyatı qursa da, Krizdə bu, ikinci dəfə olacaq. O, 8 il aktrisa Anna Ferislə nigahda olub. 2012-ci ildə keçmiş həyat yoldaşından Cek adlı oğlu dünyaya gəlib. Cütlük 2017-ci ildə boşanıblar. Buna baxmayaraq, hazırda onlar dostluq münasibətlərini davam etdirirlər.

AzNews.az

Xəbər lenti