Dünya şöhrətli müğənni Beyonse Yeni Orleanda kilsə alıb.
Trend-in məlumatına görə, məşhur ulduz kilsəni 850 min dollara əldə edib.
Kilsənin sahəsinin 700 kv.m. olduğu bildirilir. Qeyd olunur ki, 1900-cü ildə tikilən kilsə 10 ilə yaxındır ki, istifadəsiz qalıb.
Artıq kilsə ibadət yeri kimi işləyir və ilk gündə məbədə 900 nəfər gəlib.