Xəzər Xəbər

Bərgüzar Korellə Halit Ergenç bir gecədə necə milyonçu oldu?

Şou Biznes | 14:35 • 15 Fevral 2018
Bərgüzar Korellə Halit Ergenç bir gecədə necə milyonçu oldu?

Bərgüzar Korellə həyat yoldaşı Halit Ergenç 1 milyon TL (təxminən 500 min manat) təzminat alacaq.

Məşhur cütlüyün 2008-ci ildə "Min Bir Gecə” serialındakı görüntüləri bir tikinti şirkəti tərəfindən icazəsiz reklamda istifadə edilib. Bərgüzar Korellə həyat yoldaşı Halit Ergençin tikinti şirkətinə 10 il əvvəl açdığı məhkəmə nəhayət ki, yekunlaşıb. Cütlük məhkəmədə qalib gəlib. Kino ulduzlarının hər birinə 500 min TL verilib.

Məlumat üçün bildirək ki, ər-arvad olan aktyorlar indi "Vətənim sənsən” serialında baş rollarda çəkilir./publika.az


Xəbər lenti