Xəzər Xəbər

Məşhur cütlük hamının gözü qarşısında DALAŞDI - FOTO

Şou Biznes | 14:39 • 17 Yanvar 2018
Məşhur cütlük hamının gözü qarşısında

Adı bir müddət Cem Yılmazla hallanan Merve Çağıran aktyor sevgilisi Əli Burak Ceylanla hər kəsin qarşısında mübahisə edib.

Tanınmış cütlük dünən Profilo Mədəniyyət və Sənət Mərkəzində "Bədəl” tamaşasını izləməyə gəlib.

Kino ulduzları teatra girdiklərindən bəri aralarının soyuq olduğu aşkar şəkildə görünüb. Az sonra isə onlar mübahisə etməyə başlayıb. Merve Çağıran sevgilisinə səsini qaldıranda Əli Burak Ceylan hirslə zalı tərk edib.

Aktrisa onların mübahisəsinə şahid olan müxbirin "Niyə dalaşdınız?” sualını eşidəndə daha da qəzəblənib. O, suala "Bu, heç kimi maraqlandırmaz” deyərək cavab verib.

Xatırladaq ki, aktyorlar "Kalp atışı” serialında tanış olublar./publika.az



Xəbər lenti