Müğənni Hadisə qadınlar haqqında verdiyi açıqlaması ilə gündəm yaradıb.
Hadisə dünən Ataşehirdə keçirilən Qardaş Mədəniyyətlərin Festivalında səhnəyə çıxıb. Səhnəyə qırmızı kostyumda çıxan ifaçı tamaşaçılara unudulmaz anlar yaşadıb. O bildirib ki, yaradıcılığında qadınlara ruh verən, onları daha da gücləndirən mahnılara yer vermək istəyir:
"İfalarımla qadınları güclü göstərməyi üstün tuturam. Aldadıldım, tək-tənha qaldım kimi sözləri olan mahnılara yer vermirəm. O, incidilən qadın mən deyiləm, belə halları arxda qoymağı üstün tuturam"./publika.az