Xəzər Xəbər

Məşhur müğənni rüsvay oldu: "Bu qədər də Photoshop olmaz!"

Şou Biznes | 13:24 • 23 Avqust 2017
Məşhur müğənni rüsvay oldu:

Həytaımdakı əsas prinsiplərdən biri həqiqətdir, dürüstlükdür. Saxtakarlığı sevmirəm. Həmişə olduğum kimi görünməyə çalışmışam.

Dünyanın ən məşhur müğənnilərindən biri Meraya Keri "Paper" jurnalına verdiyi müsahibəsində deyib. Müsahibə fotosessiya ilə müşayiət olunur və fotolardan birində 47 yaşlı müğənni qurşaqdan yuxarı çılpaqdır, yəni toplessdir.

Fotosessiya sosial şəbəkələrdə müzakirə və lağlağı obyektinə çevrilib. Xüsusilə də M.Kerrinin topless fotosunu ələ salıblar.

Çünki bu foto Adobe Photoshop vasitəsilə çoxsaylı manipulyasiyalara məruz qalıb.

"Həqiqəti sevən" Meraya Kerinin belə manipulyasiyaların sifarişçisi olduğu da aşkarlanıb.

27 ildən bəri səhnədə olan Meraya Keri "dürüstlük"dən sürəkli danışsa da, o, az qala hər fotosunu Photoshop vasitəsilə manipulyasiya etdirir, olduğundan zərif, gənc və incəbel görünməyə çalışır.

ABŞ-ın Las-Veqas şəhərindəki "Caesars Palace" kazinosunda şou ilə çıxış edən müğənninin səhnədəki görkəminə baxmaq yetər ki, onun fotolardakı obrazdan xeyli fərqləndiyini anlayasan.


Xəbər lenti