Xəzər Xəbər

Ekoaksiya keçirilən ərazidən sülhməramlıların 27 avtomobili keçib

Region | 12:10 • 25 Yanvar 2023
Ekoaksiya keçirilən ərazidən sülhməramlıların 27 avtomobili keçib

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 45-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

Xezerxeber.az xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus daha 5 avtomobilin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib.

Ümumilikdə gün ərzində bu saata qədər sülhməramlıların 27 avtomobilinin maneəsiz keçməsinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.

Xəbər lenti