Xəzər Xəbər

Sülhməramlıların 22 avtomobilinin maneəsiz keçməsinə şərait yaradılıb

Region | 11:55 • 25 Yanvar 2023
Sülhməramlıların 22 avtomobilinin maneəsiz keçməsinə şərait yaradılıb

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 45-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

Xezerxeber.az xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus birində 9, digərində isə 10 avtomobil olan iki təminat-təchizat karvanının Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib. Ümumilikdə gün ərzində bu saata qədər sülhməramlıların 22 avtomobilinin maneəsiz keçməsinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.

Xəbər lenti