Xəzər Xəbər

Azad edilmiş ərazilərdə işləyən mütəxəssislər 5 il müddətinə müavinət alacaqlar

Region | 12:10 • 9 Dekabr 2022
Azad edilmiş ərazilərdə işləyən mütəxəssislər 5 il müddətinə müavinət alacaqlar

Milli Məclis “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı layihəni üçüncü oxunuşda təsdiqləyib.

Xezerxeber.az xəbər verir ki, qanun layihəsi parlamentin dekabrın 9-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislər Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə alınmaqla, bu ərazilərdə işləmək üçün azı bir il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda, ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 2023-cü il yanvarın 1-dən 5 il müddətinə birdəfəlik müavinət alacaqlar.

Bu qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti