Xəzər Xəbər

Xaçmazda göbələk turşusundan zəhərlənən qadın ölüb

Region | 10:20 • 9 Dekabr 2022
Xaçmazda göbələk turşusundan zəhərlənən qadın ölüb

Xaçmazda iki nəfər göbələk turşusundan zəhərlənib.

Hadisə rayonun Şimal qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakinləri 78 yaşlı Roza Nemətova və 43 yaşlı Çimnaz Ağayeva zəhərlənmə diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Roza Nemətovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. (AZƏRTAC)

Xəbər lenti