Xəzər Xəbər

Gəncədə qətl törədilib

Region | 09:19 • 1 Oktyabr 2022
Gəncədə qətl törədilib

Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər sakini, 1976-cı il təvəllüdlü Fuad Abdulhalimovun naməlum şəxs tərəfindən boğaz nahiyəsindən aldığı bıçaq xəsarəti nəticəsində ölməsi barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, dərhal hadisə yerinə Gəncə Şəhər Prokurorluğunun və 2-ci Polis Şöbəsinin əməkdaşları gələrək müvafiq araşdırmalar aparıb.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1977-ci il təvəllüdlü, Gəncə şəhər sakini Aftandil Kərimov saxlanılaraq prokurorluğa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti