Xəzər Xəbər

Erməni hərbi birləşmələri tərəfindən basdırılmış minalar zərərsizləşdirilib FOTO

Region | 15:12 • 26 Sentyabr 2022
Erməni hərbi birləşmələri tərəfindən basdırılmış minalar zərərsizləşdirilib

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

Müdafiə Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 24-ü və 25-i tarixlərində Kəlbəcər rayonunun Alagöllər ərazisində və digər istiqamətlərdə 370 ədəd piyada əleyhinə "PMN-Э" və 9 ədəd tank əleyhinə "TM-62" minası aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Xəbər lenti