Xəzər Xəbər

Şirvanda yeniyetmə qız 3-cü mərtəbədən yıxılıb

Region | 11:59 • 25 Sentyabr 2022
Şirvanda yeniyetmə qız 3-cü mərtəbədən yıxılıb

Şirvanda 13 yaşlı qız binanın 3-cü mərtəbəsindən yıxılıb.

Hadisə Şirvan şəhəri N.Nərimanov küçəsində qeydə alınıb. 

Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü Haqverdiyeva Aydan Aydın qızı kirayə yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. Aydan Haqverdiyeva ağır xəsarətlərlə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti