Xəzər Xəbər

Bu rayonun bir hissəsində qaz olmayacaq

“Azəriqaz” İstehsalat Birliyi məlumat yaydı
Region | 15:18 • 18 Avqust 2022
Bu rayonun bir hissəsində qaz olmayacaq

“Gədəbəy” AQPS-dən qidalanan “Novosaratovka Düzrəsullu” orta təzyiqli qaz xətlərinin kipliyə yoxlanılması səbəbindən bu gün qeyd olunan xətdə qaz təchizatı müvəqqəti dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən xezerxeber.az-a bildirilib ki, işlər aparılan zaman Gədəbəy şəhəri daxil olmaqla, rayonun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti