Xəzər Xəbər

Bu il 40 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur

Region | 14:47 • 28 Yanvar 2022
Bu il 40 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur

Keçən il 8200 hektar sahədən çox ərazi Ağdam rayonunda minalardan və partlamamış hərbi sursatlardan tam təmizlənib. Bu il üçün biz rayonda təxminən 9400 hektar ərazinin təmizlənməsini planlaşdırırıq.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Ağdamda ANAMA-nın mobil sahə düşərgəsinin açılışında iştirak edən Nazirlər Kabinetinin aparat rəhbəri Rüfət Məmmədov deyib.

O bildirib ki, keçən il ümumiyyətlə, 20 min hektardan çox ərazi minalardan təmizlənib: “Həmin ərazilərdə 5200-dən çox piyada və tank əleyhinə minalar və partlamamış hərbi sursatlar, qalıqları aşkar olunub və zərərsizləşdirilib. 2022-ci ildə Nazirlər Kabinetinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq 40 min hektar ərazinin təmizlənməsi nəzərdə tutulur. Yəni, keçən ilə nisbətən iki dəfə çox ərazi təmizlənəcək”.

Xəbər lenti