Xəzər Xəbər

Kürdəmirdə iki uşaq anası dəm qazından boğulub

Region | 14:40 • 28 Yanvar 2022
Kürdəmirdə iki uşaq anası dəm qazından boğulub

Kürdəmirdə bədbəxt hadisə baş verib.

Hadisə şəhərin Mustafa Kamal Atatürk küçəsində qeydə alınıb. Belə ki, 2 uşaq anası olan 1971-ci il təvəllüdlü Pakizə Bəhlul qızı İbrahimova yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib. P.İbrahimova evdə tək olduğundan onun hamam otağında boğulduğundan gec xəbər tutulub.

Pakizə İbrahimovanın cəsədi müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır. (AZƏRTAC)

Xəbər lenti