Xəzər Xəbər

Biləsuvar sakinlərindən qanunsuz silahlar aşkarlanıb

Region | 16:39 • 12 Dekabr 2021
Biləsuvar sakinlərindən qanunsuz silahlar aşkarlanıb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, bu istiqamətdə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri S. Məhərrəmov, A.İmanov və E.Nəsirlidən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Silahlar aidiyyəti üzrə təhvil verilib.

Faktlar üzrə Biləsuvar RPŞ-də müvafiq araşdırma aparılır.

Xəbər lenti