Xəzər Xəbər

Saatlıda karantini pozan kafenin icarədarı cərimələnib

Region | 12:55 • 8 Dekabr 2021
Saatlıda karantini pozan kafenin icarədarı cərimələnib

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gecə saatlarında rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkar edilib.

Bu barədə xezerxeber.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, sanitar-epidemioloji normalarını pozaraq gecə saatlarında fəaliyyətini davam etdirən obyektin icarədarı E.Muradov karantin qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib.

Xəbər lenti