Xəzər Xəbər

Sabirabadda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkar olunub

Region | 11:46 • 8 Dekabr 2021
Sabirabadda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkar olunub

Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Sabirabad rayonu Osmanlı kənd sakini Araz Vəliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunub. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar aparılır.

Xəbər lenti