Xəzər Xəbər

Beyləqanda iki nəfər külli miqdarda narkotiklə tutulub

Region | 14:53 • 29 Oktyabr 2021
Beyləqanda iki nəfər külli miqdarda narkotiklə tutulub

Beyləqan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyat tədbiri keçirilib.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşlarına rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərlə bağlı məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Gəncə şəhər sakinləri Əli Abbasov və Emin Nağıyev rayon ərazisində saxlanılıblar. Şəxsi baxış keçirilən zaman Ə.Abbasovdan 3 kiloqramdan artıq tiryək, 1 kiloqram 900 qram heroin və 1 kiloqram 800 qram “patı” adlandırılan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti