Xəzər Xəbər

Qaxda intihar hadisəsi baş verib

Region | 14:38 • 29 Oktyabr 2021
Qaxda intihar hadisəsi baş verib

Qax rayonunda intihar hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında rayonun Güllük kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Nadir Reyzullah oğlu Musayevin meyiti yaşadığı evin həyətyanı sahəsində yardımçı tikilidə asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır. (APA)

Xəbər lenti