Xəzər Xəbər

İsmayıllıda şadlıq sarayının sahibi cərimələnib

Region | 10:21 • 13 Oktyabr 2021
İsmayıllıda şadlıq sarayının sahibi cərimələnib

İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi ilə əlaqədar toy mərasimlərinin təşkil edildiyi şadlıq saraylarında monitorinq keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, keçirilən monitorinq zamanı “Aysu Palace” şadlıq sarayında pandemiya dövrünün tələblərinə məsuliyyətsiz yanaşıldığı aşkarlanıb. Belə ki, xidmət personalının tibbi maskadan istifadə etmədiyi, eləcə də karantin rejimindən irəli gələn bəzi qayda və tələblərə əməl olunmadığı müəyyən edilib.

Aşkarlanmış qayda pozuntularına görə obyektin sahibi Ağakərim Dəmirov inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.

Xəbər lenti

Çox oxunanlar