Xəzər Xəbər

Bərdə sakinlərində 9 kq narkotik aşkarlanıb

Region | 10:32 • 23 Sentyabr 2021
Bərdə sakinlərində 9 kq narkotik aşkarlanıb

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, daxil olan məlumatlar əsasında RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Qadir Haqverdiyev və əvvəllər məhkum olunmuş Rasim Quliyev saxlanılıb.

R.Quliyevin evinə baxış keçirilən zaman 9 kiloqrama yaxın marixuana, Q.Haqverdiyevin üzərindən isə heroin aşkar edilərək götürülüb. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirlir.

Xəbər lenti