Xəzər Xəbər

Füzulidə keçmiş məhkumlardan "patı" tapıldı

Region | 10:26 • 23 Sentyabr 2021
Füzulidə keçmiş məhkumlardan "patı" tapıldı

Füzuli sakinlərindən narkotik vasitələr götürülüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri İlkin Əhmədov, əvvəllər məhkum edilmişlər Sərvan Əliyev və Əli Bəylərov saxlanılıblar. Axtarışlar zamanı saxlanılan şəxslərdən “patı” adlanan psixotrop maddə metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Füzuli rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Xəbər lenti