Xəzər Xəbər

Ağsuda yanğın baş verib, əraziyə 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub

Region | 11:18 • 5 Avqust 2021
Ağsuda yanğın baş verib, əraziyə 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub

Ağsu rayonundakı Gəgəli kəndinin şimal-qərbində, “El yeri” adlanan dağlıq ərazinin yaxınlığında yanğın baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə ötən gün saat 22:30 radələrində kol-kosluq ərazidə başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı yanğından mühafizə hissələrindən 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub. Hazırda yolsuzluq və çətin relyef şəraitində getdikcə yayılan yanğının söndürülməsi üçün gərgin mübarizə aparılır. Əsas diqqət yanğının dağlardakı meşəlik ərazilərə keçmədən söndürülməsinə yönəlib.

Qeyd edək ki, yanğınla mübarizəyə mülki vətəndaşlar da dəstək verir.

Xəbər lenti