Xəzər Xəbər

Saatlıda piyada avtomobillə vurulub

Region | 15:29 • 4 May 2021
Saatlıda piyada avtomobillə vurulub

Saatlı rayonunun Mollavaizli kəndi ərazisində yolu keçən Bəylər kənd sakini Vüqar Ədilov həmkəndlisi S.Atakişiyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada həlak olub.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti