Xəzər Xəbər

Cəlilabadda qaydaları pozan piyadalar cərimələniblər

Region | 14:08 • 4 May 2021
Cəlilabadda qaydaları pozan piyadalar cərimələniblər

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, xüsusilə də yollarda piyadaların həyat və sağlamlığının qorunması məqsədilə Dövlət Yol Polisinin əməkdaşları tərəfindən reydlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən təşkil olunan reydlər zamanı mövcud piyada keçidlərindən istifadə etməyən piyadalar saxlanılaraq, onlarla maarifləndirici söhbətlər aparılıb, həyat və sağlamlıqlarının qorunması üçün qaydalara riayət etmələrinin vacibliyi izah olunub.

Edilən xəbərdarlıqlara baxmayaraq, piyada keçidlərindən istifadə etməməklə özlərinin həyatı ilə bərabər digər hərəkət iştirakçıları üçün real təhlükə yaradan piyadalar barəsində inzibati protokol tərtib olunub.

Xəbər lenti