Xəzər Xəbər

Yol polisi Balakən və İsmayıllıda reyd keçirib

Region | 15:32 • 3 May 2021
Yol polisi Balakən və İsmayıllıda reyd keçirib

Balakən və İsmayıllıda yol polisi əməkdaşları küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi məqsədilə reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a bildiriblər ki, keçirilən reydlər zamanı piyada səkilərini və avtobus dayanacaqlarını zəbt edən, eləcə də müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan sürücülərlə profilaktik söhbətlər aparılıb. Bu kimi halların digərlərinin də haqlı narazılığına səbəb olduğu onların diqqətinə çatdırılıb. Dayanma-durma qaydalarını pozduqları üçün həmin avtomobil sahibləri barəsində inzibati protokol tərtib olunub.

Yol polisi əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.

Xəbər lenti