Xəzər Xəbər

Göygöl rayonunda reyd keçirilib

Region | 15:40 • 1 May 2021
Göygöl rayonunda reyd keçirilib

Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində təhlükəsizliyin təmin edilməsi, piyadaların maarifləndirilməsi məqsədilə reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan xezerxeber.az-a bildiriblər ki, reyd zamanı piyada keçidlərindən istifadə etməyən şəxslər saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb. Belə qayda pozuntularının onların həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib. Polis əməkdaşlarının etdiyi xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulan hissəsindən keçməyən 10 nəfər barəsində müvafiq tədbir görülüb.

Xəbər lenti