Bakı 27 ℃
Xəzər Xəbər
USD 1.7

Goranboyda reyd keçirilib, 15 sürücü cərimələnib

Region | 79 | 09:26 • 17 Aprel 2021
Goranboyda reyd keçirilib, 15 sürücü cərimələnib

Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə reyd keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, bu cür reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Reydən zamanı 15 nəfər sürücü inzibitai məsuliyyətə cəlb edilib.

Xəbər lenti

Kür çayında iki nəfər batıb
24 | 18:15 • 13 İyun 2021

Çox oxunanlar