Xəzər Xəbər

Ağdam polisi reyd keçirib

Region | 12:36 • 16 Aprel 2021
Ağdam polisi reyd keçirib

Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar reyd keçiriblər.

Yol polisi əməkdaşları reyd zamanı Quzanlı qəsəbəsinin prospekt və küçələrinin kənarlarında dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparıblar. Dayanma-durma qaydalarını pozan avtomobillərin sahibləri, eləcə də mövcud keçidlərdən istifadə etməyən piyadalar barəsində inzibati protokollar tərtib olunub.

Xəbər lenti