Xəzər Xəbər

Daşkəsəndə polis reyd keçirib

Region | 09:20 • 16 Aprel 2021
Daşkəsəndə polis reyd keçirib

Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində, təhlükəsizlik kəmərindən və işıq cihazlarından düzgün istifadə etməyən sürücülərin maarifləndirilməsi məqsədilə reydlər təşkil edilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, reyd zamanı 10-dan çox sürücü barədə inzibati protokol tərtib edilib.

Xəbər lenti