Xəzər Xəbər

Beyləqanda mağazalardan silsilə oğurluq edən şəxslər tutulublar

Region | 14:34 • 3 Mart 2021
Beyləqanda mağazalardan silsilə oğurluq edən şəxslər tutulublar

Beyləqanda mağazalardan silsilə oğurluq edən şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, müxtəlif vaxtlarda şəhər ərazisindəki 3 mağazadan ümumilikdə 176 manat məbləğində pul və 10 min 460 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş F.Mahmudlu və Füzuli rayon sakini X.Məmmədli Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Faktlarla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar