Xəzər Xəbər

Ağsuda ikimərtəbəli yaşayış evində yanğın olub

Region | 15:26 • 22 Noyabr 2020
Ağsuda ikimərtəbəli yaşayış evində yanğın olub

Noyabrın 22-də Ağsu şəhərindəki Dədə Qorqud küçəsində Şəlalə Dadaşovaya məxsus ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.


Fövqəladə Hallar Nazirliyi (FHN) Ağsu Yanğından Mühafizə Hissəsindən bildirilib ki, yanğın səhər saat 8-30 radələrində baş verib. Hadisə yerinə 2 yanğınsöndürən maşın və 13 nəfər şəxsi heyət gəlib. Onların səyi ilə yanğın bir saata tamamilə söndürülüb.


Hadisə nəticəsində 286 kvadratmetr evin 63 kvadratmetri, o cümlədən 48 kvadratmetrlik 2 otaq, dam örtüyü 15 kvadratmetr sahədə yanıb. Yanğının başvermə səbəbləri araşdırılır.

Xəbər lenti

Çox oxunanlar