Xəzər Xəbər

Qubada gizli fəaliyyət göstərən otel aşkarlanıb

Region | 14:29 • 22 Noyabr 2020
Qubada gizli fəaliyyət göstərən otel aşkarlanıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları axşam saatlarında inzibati ərazilərində xidmət aparan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən otel aşkarlayıblar.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi Akif Babayev, orada çalışan 2 işçi və 8 müştəri saxlanılaraq polis şöbəsinə gətirilib.


Həmin şəxslər barəsində cərimə protokolları tərtib olunub və qoyulmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.


Görülən digər tədbir zamanı rayon ərazisində qaydaları pozaraq fəaliyyət göstərən tikinti materialları mağazası da aşkarlanıb. Obyektin fəaliyyəti dayandırılıb, orada çalışan satıcı və fəhlə barədə inzibati qaydada tədbirlər görülüb.

Xəbər lenti