Xəzər Xəbər

İsmayıllıda yanğın olub - FOTO

Region | 13:25 • 22 Noyabr 2020
İsmayıllıda yanğın olub -

İsmayıllı yanğın hadisəsi baş verib.


Hadisə bu gün səhər saat 7 radələrində şəhərin kərpiczavod adlanan ərazisindəki sahibkar Ramal Səfərova məxsus taxta emalı sexində və sexə bitişik heyvandarlıq fermasındakı bağlı ot tayasında baş verib.


Hadisə yerinə FHN İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və 30 nəfər canlı qüvvəsi gəlib. Aparılan 5 saatlıq mübarızə yanğının ətrafa yayılmasının qarşısını alıb. Lakin taxta və otun qapalı yerlərdə olması yanğınsöndürənlərin işini son dərəcə çətinləşdirib. Nəticədə, günorta saatlarınadək yanğını tamamilə söndürmək mümkün olmayıb. 22 kub taxtanın 2 kubu, habelə 30 ton bağlı otun 5 tonu tamamilə yanıb.


Yanğının söndürülməsi işləri davam edir. (AZƏRTAC)

Xəbər lenti