Xəzər Xəbər

Salyanda birmərtbəli ev yanıb

Region | 10:48 • 16 Fevral 2020
Salyanda birmərtbəli ev yanıb

Salyan rayonunun Xələc kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli, 4 otaqlı, tavanı qamış örtükdən ibarət evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti