Xəzər Xəbər

Göyçayda 23 yaşlı oğlan itkin düşüb - FOTO

Region | 16:44 • 14 Fevral 2020
Göyçayda 23 yaşlı oğlan itkin düşüb -

Göyçay sakini itkin düşüb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Göyçay rayonu Potu kənd sakini, 1997-ci il təvəllüdlü Ramiz Hacıyev yanvarın 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində cins şalvar, qırmızı köynək və qara rəngli gödəkcə olub.


Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Göyçay rayon polis şöbəsinə 020-274-42-91 şəhər və (050) 774-04-91 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti