Xəzər Xəbər

“VAZ-21011” ilə traktor toqquşdu, 2 nəfər yaralandı

Region | 12:04 • 10 Noyabr 2019
“VAZ-21011” ilə traktor toqquşdu, 2 nəfər yaralandı

Saatlıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qara Nuru kəndində qeydə alınıb.


Belə ki, 1984-cü il təvəllüdlü Qara Nuru kənd sakini Bəkirov Elşən Əhməd oğlunun idarə etdiyi traktorla 1990-cı il təvəllüdlü həmkəndlisi Bağırov Nemət Mübariz oğlunun idarə etdiyi "VAZ-21011” markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü xəsarət alıb.


Yaralılar Saatlı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti