Şəmkir rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, hadisə rayonun Sarıtəpə kəndində ümumi sahəsi 30 kvadratmetr olan evdə qeydə alınıb. Nəticədə birmərtəbəli ev yararsız vəziyyətə düşüb.
Yanğının kəşfiyyatı zamanı 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.