Xaçmaz rayonunun Niyazabad kəndində ümumi sahəsi 128 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 1 otağının tavanı 4 m² sahədə yanıb.
Xezerxeber.az-ın FHN-ə istinadən məlumatına əsasən, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Cəlilabadda da dörd otaqlı ev yanıb. Ümumi sahəsi 220 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.