Noyabrın 12-də səhər saatlarından başlayaraq Quba rayonunun bir sıra dağlıq yaşayış məntəqələrinə qar yağmağa başlayıb.
Hazırda yağmaqda davam edən qarın hündürlüyü Qubanın Xınalıq kəndində 2-3 santimetrə çatıb.
Kənd sakinləri yağıntının getdikçə çoxaldığını bildiriblər.
Qeyd edək ki, Quba rayonuna bu ilin ilk qarı oktyabrın 6-da yağıb. (AZƏRTAC)